Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şimali Koreyaya xəbərdarlıq: Cənubi Koreya və ABŞ hərəkətə keçdi

Şimali Koreyaya xəbərdarlıq: Cənubi Koreya və ABŞ  hərəkətə keçdi

Tarix: 7 Iyun 2022 21:02

Şimali Koreya ötən bazar ard-arda 8 qısa mənzilli ballistik raket buraxdıqdan sonra bölgədə gərginlik artıb, Cənubi Koreya və ABŞ buna qarşı yeni addım atıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri 20 döyüş təyyarəsinin iştirak etdiyi birgə uçuş təlimində Şimali Koreyanı az qala qorxudub.

Cənubi Koreya Milli Müdafiə Nazirliyindən verilən açıqlamada təlimin bu gün ölkənin qərb sahillərində həyata keçirildiyi qeyd edilib.

Bildirilib ki, birgə uçuşda F-35A, F-15K və KF-16 olmaqla 16 Cənubi Koreya döyüş təyyarəsi, ABŞ-ın 4 F-16 qırıcısı iştirak edib.

Bu təlimin "iki ölkənin Şimali Koreyanın təxribatlarına tez və dəqiq cavab vermək üçün güclü qabiliyyətini və qətiyyətini nümayiş etdirdiyi" vurğulanıb.

Şimali Koreya bazar günü 35 dəqiqə ərzində 8 qısa mənzilli ballistik raket atıb və bu, 2022-də keçirdiyi 18-ci silah sınağı olub. Cənubi Koreya və ABŞ bazar ertəsi keçirdikləri birgə atəş təlimində Pxenyana cavab olaraq 8 qısa mənzilli raket atıblar.


Etiketlər:  Şimali Koreyaya xəbərdarlıq Cənubi Koreya ABŞ hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ