Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2022 17:46
Asiya və Sakit okean regionu ölkələri - Çin-Qırğız Respublikası-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması layihəsinin iştirakçı ölkələrinin dəmiryolu administrasiyaları bu dəhlizlə yük daşımaları üçün güzəştlərin tətbiqi barədə razılığa gəliblər.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə "Kyrgyz Temir Zholu" şirkətinin direktor müavini Dastan Usubakunov bildirib.
Onun sözlərinə görə, layihə Çindən Avropaya qarışıq yük daşımalarını nəzərdə tutur: "Layihə çəvçivəsində yüklərin böyük hissəsinin konteyner qatarlarla daşınması planlaşdırılır".
D.Usubakunov 2022-ci ilin mart ayında Daşkənd şəhərində layihənin iştirakçı ölkələrinin dəmiryolu administrasiyalarının görüşünün keçirildiyini xatırladıb və növbəti görüşün iyunun 29-da Bişkekdə keçirilməsinin planlaşdırıldığını bildirib.
Xatırladaq ki, Daşkənd görüşündə yüklərin fasiləsiz daşınmasının təşkili, həmçinin iritonnajlı konteynerlərin daşınması üçün nəzərdə tutulmuş fitinq platformalarının vaxtında göndərilməsi və sözügedən beynəlxalq multimodal nəqliyyat dəhlizi üzrə tarif dəhlizi ilə bağlı razılıqlar əldə olunub.