Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2022 21:14
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin 400/2022 saylı fərmanının mətnində deyilir.
Məhdudiyyətlər altında Rusiya lideri ilə yanaşı, Dmitri Peskov, Mixail Mişustin və Sergey Şoyqu da daxil olmaqla daha 34 nəfər düşüb.
Sənəddə sanksiyaların qeyri-müəyyən müddətə tətbiq edildiyi bildirilir.
Rusiya hakimiyyətinin vəzifəli şəxslərinə aşağıdakı məhdudiyyətlər qoyulub:
aktivlərin və əmlakın bloklanması;
kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması;
Ukrayna sərhədindən hər hansı bir şəkildə keçməyə, Ukraynanın ərazi sularına və hava məkanına daxil olmanın qadağan edilməsi;
qiymətli kağızlarla əməliyyatların qadağan edilməsi;
vizaların verilməsindən imtina;
Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi;
Ukrayna radiotezliklərinin istifadəsinə qadağa;
Ukraynada əmlakın özəlləşdirilməsinə və icarəyə verilməsinə qadağa;
elektron rabitə xidmətlərinin göstərilməsinin dayandırılması;
texnologiyanın ötürülməsinə qadağa;
torpaq mülkiyyətinə qadağa qoyulması və s.
Ümumilikdə Rusiya hakimiyyətinin nümayəndəsi olan 35 nəfər sanksiya siyahısına daxil edilib.