Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 14:08
Son zamanlar Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı çox sayda məlumat yayılıb. Bildirilir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir və bu səbəbdən də əməliyyat olunub. Kreml isə, öz növbəsində bu məlumatları təkzib edir və Putinin tamamilə sağlam olduğunu bəyan edirlər.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fransanın "Paris Match" nəşri Rusiyanın "Proekt" nəşrinin əməkdaşı Mixail Rubinin iştirakı ilə hazırladığı materialda Putinin səhhəti məsələsi ilə bağlı yeni iddia irəli sürüb.
İddiaya əsasən, V. Putini xarici səfərlərdə Federal Mühafizə Xidmətinin xüsusi əməkdaşı müşayiət edir. Jurnalistlərin məlumatına görə, 2017-ci ildən etibarən bu mühafizəçi Prezidentin analiz məlumatlarına cavabdehdir. Belə ki, həmin şəxs dövlət başçısının səhhəti ilə bağlı məlumatı gizli saxlamaq məqsədilə olduğu hər məkanın sanitar qovşağına nəzarət edir.
"Proekt" nəşri daha əvvəl yazırdı ki, 2016-cı ildən 2020-ci ilə qədər Putini səfərlərində Mərkəzi Klinik Xəstəxananın həkim qrupu müşayiət edib və onlar arasında qalxanabənzər vəzi xərçəngi üzrə mütəxəssis də olub.