Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 00:35
Xalq artisti Aygün Kazımova 34 il sonra yenidən "Ey mənim dünyam" mahnısını səsləndirib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, müğənni sözügedən bəstəni 1988-ci ildə oxuyub.
"İlk mahnım, ilk hitim, "Bakı payızı 88" yarışmasında mənə uğur gətirən mahnılardan biri, Vaqif Gərayzadə ilə ilk iş birliyimiz" deyə, Kazımova bildirib.
Pop ulduz bu mahnının onun yaradıcılığında xüsusi yeri olduğunu vurğulayıb.
Qeyd edək ki, mahnının musiqisi Vaqif Gərayzadəyə, sözləri Sərvər Quliyevə məxsusdur. "Remake" versiyanın aranjimanı isə Hakan Erola aiddir.
Aygün Kazımova "Ey Mənim Dünyam" mahnısı üçün fərqli obrazda, yeni fotosessiya da etdirib.