Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2022 08:14
Çinin Şanxay hakimiyyəti şəhərin cənub-qərbindəki Minhan rayonunun 2,7 milyon sakinini karantinə göndərəcək, onların hamısı şənbə günü COVID-19 üçün yoxlanılacaq.
"2,7 milyon əhalisi olan Şanxayın cənub-qərbindəki Minhan rayonu şənbə günü səhər "qapalı idarəetmə" altına alınacaq, bütün sakinlər test verəcəklər", - deyə bildirilib.
Məlumata əsasən, qəbul edilən bütün nümunələr müayinə olunduqdan sonra karantin başa çatacaq. Ancaq dəqiq tarixlər göstərilməyib.