Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2022 07:58
Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan millisinin qapıçısı Davud Kərimi hava limanında jurnalistlərin suallarını cavablandırıb. Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu qitə birinciliyində əldə olunan kubokdan danışıb.
Kərimi öncə ingilis dilində verdiyi və gündəmə düşən müsahibəsindən söz açıb: "Müsahibə verərkən "go, go, go final..." demişdim və elə də oldu. Həlledici oyuna kimi gəlib çıxdıq. Qalib olduq. Bizi sevən millətin duası idi ki, qələbə qazandıq".
O, turnirdəki ən çətin oyunun Slovakiyaya qarşı olduğunu bildirib: "Ən çətin görüş Slovakiyaya qarşı oldu. Həm hakimlərin, həm azarkeşlərin böyük təzyiqi var idi. Amma həmin oyundan qalib ayrıldıq. Məhz bu matçdan sonra düşündük ki, biz birinci yeri tuta bilərik".