Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2022 08:20
Bu gün Ukraynaya Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi ilə bağlı müzakirələr başlayır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Brüsseldə başlayacaq müzakirələr debat şəklində aparılacaq.
Bununla yanaşı Aİ-yə daxil olmağı ümid edən Moldova və Gürcüstanın da məsələsi müzakirəoluncaq.
Cümə gününə qədər davam edəcək müzakirələrdən sonra iyunun 17-də Avropa Komissiyası öz tövsiyələri ilə bağlı qərar verəcək.
Namizədlərin statusu ilə bağlı yekun qərar Aİ dövlət başçılarının iyunun 23-24-də keçiriləcək sammitində verilməlidir.
Ekspertlər qeyd edirlər ki, Avropa komissarları Kiyevə yaşıl işıq yandıra bilər.