Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şamaxıda qədim bina qalıqları aşkarlandı - FOTO

Şamaxıda qədim bina qalıqları aşkarlandı - FOTO

Tarix: 13 Iyun 2022 11:33

Şamaxı şəhərindən 6 kilometr məsafədə, eyniadlı kəndin yaxınlığında yerləşən Kələxana türbələri ətrafında arxeoloji qazıntı işləri aparılır.

AMEA-dan verilən məlumata görə, XVII əsrdə burada inşa edilən 9 türbədən 8-i dövrümüzədək qalıb. Onlardan birinin üzərində tikilmə tarixi (hicri 1074-cü il - miladi 1663/1664-cü illər) və sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi göstərilir.

Arxeoloji qazıntı işləri türbələrin yaxınlığında aparılır. Qazıntılara AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev başçılıq edir. Ekspedisiya rəhbərinin söylədiyi kimi, qısa müddət ərzində burada o dövrün dini komplekslərindən birinə mənsub möhtəşəm bina qalıqları aşkar edilib.

Abidə haqqında daha geniş elmi məlumat ictimaiyyətə veriləcək.

Milli.Az


Etiketlər:  Şamaxıda qədim bina qalıqları aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ