Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 07:56
ABŞ prezidenti Co Bayden ABŞ-ın Şimali Koreyaya qarşı birtərəfli sanksiyalarını daha bir il uzadıb.
Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən açıqlanan sənədlərdə qeyd olunub.
Məlumata əsasən, söhbət prezidentin 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzalanmış bir sıra fərmanları əsasında tətbiq edilən məhdudiyyətlərin qüvvədə saxlanılmasını nəzərdə tutan Pxenyana qarşı fövqəladə vəziyyət rejiminin uzadılmasından gedir.
O zaman Vaşinqtonun gördüyü tədbirlər, xüsusən Pxenyanın kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılmasının qarşısını almağa yönəlmişdi.