Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 19:46
Tbilisidə əsas Saquramo su qurğularını və şəhər küçələrini güclü yağışlar nəticəsində su basıb, on minlərlə sakin su təchizatından məhrum olub.
Sonxeber.net lenta.ru-ya istinadən təbii fəlakətin nəticələrini əks etdirən videoçarxı təqdim edir.
Kadrlarda güclü çirklənmiş su axınlarının fərdi evlərin, körpülərin və yolların yanından necə keçdiyi görünür. Gürcüstan paytaxtının kənarında bir çox təsərrüfat sahələri, avtomobillər və yerli sakinlərin evləri su altında qalıb.
Şəhər rəhbərliyi boru kəmərlərinin çirklənməsinin və qida zəhərlənməsinin qarşısını almaq üçün su təchizatını kəsib. Təchizatın nə vaxt bərpa olunacağı barədə məlumat verilmir.
Aslan Məmmədov