Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Konnekt” məhkəməlik oldu

“Konnekt” məhkəməlik oldu

Tarix: 14 Iyun 2022 23:28

Tanınmış internet provayderi "Konnekt" barəsində məhkəmə iddiası qaldırılıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkət barəsində cərimə protokolu tərtib olunub.

"Konnekt" MMC-nin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, "Konnekt" xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Nərimanov Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

"Konnekt" 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir.


Etiketlər:  Konnekt məhkəməlik oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ