Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2022 19:44
Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş rəhbəri Mişel Platininin məhkəmə prosesinin təfərrüatları məlum olub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, İsveçrə prokurorluğu iki il sınaq müddəti ilə bərabər məmurlara 1 il 8 ay şərti həbs cəzası istəyib.
Qeyd edək ki, Blatter və Platini 2021-ci ilin noyabrında dələduzluqda ittiham olunub. İşlə bağlı hökm iyulun 8-də elan ediləcək.