Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 20:46
Ukraynanın tammiqyaslı işğalı başlayandan bu yana Rusiya ordusu sərəncamında olan zirehli texnikanın 20-30%-ni itirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli bildirib.
"Bu, əhəmiyyətli itkidir, çox böyük rəqəmdir", - deyə Milli qeyd edib.
O bildirib ki, müharibədə qələbə rəqəmlərlə deyil, onların düzgün tətbiqi ilə təmin olunur.