Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzasında 6 nəfər xəsarət alıb

Tarix: 18 Iyun 2022 20:16

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil "KİA" markalı avtomobillə torruşub.

Qəza nəticəsində Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Əliyeva Qətibə Həmd qızı, Ağcabədi rayon sakinləri, 1995-ci il təvəllüdlü Musayeva Günel Təşkilat qızı, onun oğlu, 2021-ci il təvəllüdlü Musayev Nurlan Şamil oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Hacıqabulda qəzasında nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ