Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2022 13:02
"Ford" şirkəti transmissiya problemlərinə görə 3,3 milyon avtomobili geri çağırır.
Sonxeber.net Rusiya mətbuatına istinadən bildirir ki, nasazlıqlar 2013-2021-ci illər arasında istehsal edilmiş avtomobillərdə aşkar olunub.
Qüsur yenidən avtomatik transmissiya selektoruna toxunur - sürət ötürücünün zədələnməsi "Dayanacaq" rejiminin daxil olmasına mane ola bilər, nəticədə avtomobil aşağı yuvarlana bilər. Çatışmazlıq Şimali Amerika bazarı üçün Escape və Edge krossoverlərində, C-Max yığcam furqonlarda, Fusion sedanlarında və Transit Connect furqonlarında və mikroavtobuslarında aşkar edilib.
Aslan Məmmədov