Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2019 00:32
"Qarabağ"ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablabdırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Birinci qola qədər çox yaxşı mübarizə apardıq. Qoldan sonra isə hər şey çətinləşdi.
- Necə düşünürsünüz, hesab oyuna görə oldu?
- Çox çətin matç idi. Məqsədimiz oyundan qalib ayrılmaq idi.
- "Qarabağ" bu görüşdə nəyə görə xal qazana bilmədi?
- Bircə səbəb var, o da "Sevilya"nın güclü komanda olmasıdır. La Liqada liderdirlər. Biz də oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, məğlub olduq.
- Komandanız qrupdan çıxa bilər?
- Şansımız var. Lüksemburqda qələbə qazanacağımızı düşünürəm.
- "Düdelanj" ilk turda səfərdə APOEL-i uddu. Halbuki "Qarabağ"ın bu komandaya hər iki oyunda qalib gəlməyini gözləyirik.
- "Düdelanj" artıq 2 ildir ki, Avropa Liqasında oynayır. Qrupda təkcə "Sevilya"nın 1 addım üstün olduğunu düşünürəm. Digər bütün komandaların şansı eynidir. Çox çətin mübarizə olacaq.