Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2022 18:38
Qonşu ölkələrdə koronavirusa yoluxanların sayı tənzimlənir. Son aylar Azərbaycanda yoluxanların sayında kəskin azalma müşahidə olunur. Bütün bunlar Operativ Qərargahın quru sərhədlərinin mərhələli şəkildə açılması ilə bağlı qərarına səbəb ola bilər.
Sonxeber.net-ın məlumatına görə, bunu İTV-yə müsahibəsində millət vəkili Vüqar Bayramov deyib.
O əlavə edib ki, quru sərhədlərinin açılması həm iqtisadi baxımdan, həm də ölkələr arasında vətəndaşların gediş-gəlişini asanlaşdırmaq baxımından vacibdir.