Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 10:16
Gəncədə 12 yaşlı uşaq yelləncəkdən yıxılaraq xəsarət alıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə şəhərin Bayraq Meydanı parkında baş verib.
2010-cu il təvəllüdlü N. Abbasova elektriklə işləyən yelləncəyin qırılması nəticəsində hündürlükdən yıxılıb. Azyaşlı sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda onun səhhətinin normal olduğu bildirilir.