Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngə qarşı yeni dərmanın sınaqları uğurlu keçib

Xərçəngə qarşı yeni dərmanın sınaqları uğurlu keçib

Tarix: 21 Iyun 2022 21:33

Böyük Britaniyada yeni dərmanın sınaqları irəliləmiş mərhələdə olan xərçəngə qarşı ümidverici nəticələr göstərib.

TV (Tisitumab Vedotin) adlı dərman müalicəyə reaksiya verməyən 150 xəstəyə təklif olunub.

Sınaq vaxtı xəstə hüceyrələrə "sızan" yeni dərman onlara içəridən hücum edib.

Tisitumab Vedotin dərmanının 6 ay ərzində effekt göstərdiyi bildirilir.

Yeni dərman Londonun Xərçəng Araşdırmaları İnstitutu və Royal Marsden xəstəxanası arasında elmi əməkdaşlığın məhsuludur.

Tisitumab Vedotin ağ ciyər, sidik kisəsi uşaqlıq ağzı və yumurtalıq xərçəngi kimi 6 xərçəng növünə qarşı sınaqdan keçirilib.

Sidik kisəsi xərçənginə qarşı dərmanın tətbiqi vaxtı müsbət nəticələrin nisbəti 27, uşaqlıq ağzı xərçəngin müalicəsində isə 26 faiz təşkil edib.

Ağ ciyər xərçəngi olan xəstələrdə uğur faizi 13 faiz olub.

Alimlər dərmanın bağırsaq və mədəaltı vəzi də daxil, başqa xərçəng növlərinə qarşı təsirini tədqiq edirlər.

Müalicənin nəticələri Lancet Oncology tibb jurnalında dərc olunub.


Etiketlər:  Xərçəngə qarşı yeni dərmanın sınaqları uğurlu keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ