Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şakiradan ayrılan Pike yeni sevgilisi ilə görüntüləndi - FOTO

Şakiradan ayrılan Pike yeni sevgilisi ilə görüntüləndi - FOTO

Tarix: 22 Iyun 2022 05:45

"Barselona"nın müdafiəçisi Jerar Pike dünya şöhrətli müğənni Şakiradan ayrıldıqdan sonra yeni sevgilisi ilə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, foto qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb. Lakin şəkildəki qızın kimliyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya komanda yoldaşı Qavinin anası ilə xəyanət etməsi olub. Məlum olub ki, ayrılıq xəbərinin mediaya sızmasından bir neçə gün əvvəl Şakira xəstəxanaya yerləşdirilibmiş. Bundan başqa, Pikenin brazilyalı model Suzi Kortezlə də yazışdığı iddia olunub.

Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Milli.Az


Etiketlər:  Şakiradan ayrılan Pike yeni sevgilisi ilə görüntüləndi FOTO


RƏYLƏR