Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xoşbəxtik, çünki..." - "Sevilya"nın futbolçusu

Tarix: 20 Sentyabr 2019 10:28

"Həftə ərzində məşqlərimizdən sonra işlərimiz yaxşı gedir. Xoşbəxtik, çünki turnirə qələbə ilə başlamaq önəmlidir".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sevilya"nın futbolçusu Oliver Torres Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, Avroliqaya böyük istək və həvəslə başladıqlarını bildirib: "Ən yaxşı oyunumuzu ortaya qoyduq. Komanda şəklində möhkəm oynadıq, qol vəziyyətləri yaratdıq, boşluqlar tapdıq, eyni zamanda müdafiədə ehtiyatlı olduq. Məşqlərdə bunları daha da inkişaf etdirməyə çalışacağıq. Bunun sayəsində çox uğur qazanarıq. Əsas məsələ qol imkanları yaratmaqdır".

 


Etiketlər:  Xoşbəxtik çünki Sevilyanın futbolçusu


RƏYLƏR