Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda özəl tibb müəssisələrinə güzəştlərin verilməsi təklif edilir

Azərbaycanda özəl tibb müəssisələrinə güzəştlərin verilməsi təklif edilir

Tarix: 20 Sentyabr 2019 12:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda özəl tibb müəssisələrinə müəyyən vergi güzəştləri şamil olunmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu güzəştlərdən həm dərman təchizatı ilə məşğul olan, həm də özəl tibb müəssisələri yararlanmalıdırlar.

Deputat hesab edir ki, onlar üçün vergi güzəştlərinin ən azı 8-10 faiz aşağı salınması məqsədəuyğun olardı: "İstərdim ki, bu məsələni həm Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də Milli Məclis olaraq dövlət rəhbərliyi qarşısında qaldıraq. Dövlət özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşmalı və dəstək verməlidir. Əgər ölkədə özəl təhsil və səhiyyə müəssisələri olmasa, bütün yük dövlətin üzərinə düşər. Bu işin asanlaşdırılması üçün öz təkliflərimizi verməliyik".

M.Quliyev əlavə edib ki, bu gün dövlət tibbi texnologiyaların ölkəyə gətirilməsində də özəl sektora dəstək olmalıdır. Bu dəstək ya vergilərin azaldılması, ya da subsidiyaların verilməsi ilə özünü göstərə bilər.

Deputat, həmçinin ölkədə özəl tibbi fəaliyyət ilə məşğul olan fərdi həkimlər üçün də güzəştlər edilməsini təklif edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda özəl tibb müəssisələrinə güzəştlərin verilməsi təklif edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ