Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hansı saatlarda qəhvə içmək olmaz?

Hansı saatlarda qəhvə içmək olmaz?

Tarix: 25 Iyun 2022 22:27

Qəhvə içmək üçün ən pis vaxt açıqlanıb.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, həkim dietoloq Ella Davar günorta nahar fasiləsində qəhvə içməyin neqativ təsirini açıqlayıb.

"Səhər tezdən acqarına qəhvə içmək mədə problemlərinə səbəb olur. Günorta nahar fasiləsində də yemək yemədən qəhvə içmək axşam normal yuxu almağa mane olur, yuxusuzluq yaradır.

Yuxudan oyanan kimi qəhvə içməyə vərdiş edənlər, mədənin yüksək turşuluğu, yanma, reflüks, həzmsizlikdən əziyyət çəkir.

Qəhvə üçün ən pis vaxt gündüz saat 12-13:00 arasıdır. Hətta bir kiçik fincan qəhvə içmək gecə yuxusuna neqativ təsir edəcək".

Həkim orqanizm üçün zərərsiz dozanın gündə 3 fincan olduğunu deyib.

Milli.Az


Etiketlər:  Hansı saatlarda qəhvə içmək olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ