Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna: Rusiyanın bircə üstünlüyü qalıb...

Ukrayna: Rusiyanın bircə üstünlüyü qalıb...

Tarix: 26 Iyun 2022 03:58

Rusiyanın Ukraynaya qarşı müharibədə yeganə üstünlüyü artilleriyadır. Əgər Qərb lazımi silahları təmin edərsə, bu müharibədə Ukrayna Silahlı Qüvvələri qalib gələcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın "Bild" nəşrinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O, Almaniyanı və digər tərəfdaşları ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıb:

"Hər birlik bizi gücləndirir, özümüz və bütün Avropa üçün sülhü qoruyacağımız günə yaxınlaşmağa imkan verir".

Kuleba bildirib ki, Ukraynanın ən çox reaktiv yaylım atəş sistemi və 155 mm-lik artilleriya sistemlərinə ehtiyacı var.

"Sovet istehsalı döyüş sursatları tükənmək üzrədir, lakin NATO-nun silahları ilə ehtiyatımız sürətlə artır. Bizə daha çox sistem lazımdır", - o deyib.

Milli.Az


Etiketlər:  Ukrayna Rusiyanın bircə üstünlüyü qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ