Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael onu nokauta salan döyüşçüyə qalib gəldi

Rafael onu nokauta salan döyüşçüyə qalib gəldi

Tarix: 26 Iyun 2022 15:18

Azərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev "Karate Combat" turnirində üçüncü döyüşünü keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutan döyüşdə Rafael rəqibi Fransa karateçisi Deyvi Donaya 3-0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Deyvi Dona Rafael Ağayevə yaxşı tanışdır. O, 2016-cı ilin yanvarında Fransanın paytaxtı Parisdə keçirilmiş Açıq turnirdə Rafaeli qaydadan kənar zərbə ilə nokauta salmış və bununla da yarışdan uzaqlaşdırılmışdı. Dona illər sonra Rafaeldən qisasını almaq üçün "Karate Combat"a müraciət edib. Təşkilatçılar bu döyüşün maraqlı olacağını nəzərə alaraq buna razılıq veriblər.

Milli.Az


Etiketlər:  Rafael onu nokauta salan döyüşçüyə qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ