Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2022 23:02
22:58
Marneulidə beşmərtəbəli yaşayış binasının eyvanının uçması nəticəsində ağır xəsarət alan hamilə qadın dünyasını dəyişib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bununla da bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 2 olub.
Daha üç nəfərin xəsarət aldığı bildirilir ki, onlardan biri 8 yaşlı uşaqdır.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin tikintidə təhlükəsizliyin pozulmasını nəzərdə tutan maddəsi əsasında cinayət işi açılıb.
---------
21:02
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.
Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.