Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 22:08
Türkiyə olaraq illərdir terrorla üz-üzəyik. Günahsız insanların həyatına son qoyan terror bəlasına qarşı mübarizəmizi davam etdiririk.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Siz bizim konkret mübarizəmizdə iştirak etməyəcəksiniz, terrorçular üçün təhlükəsiz ölkə, sığınacaq olacaqsınız, onlara maddi-mənəvi dəstək, məsləhətlər verəcəksiniz, ondan sonra da "NATO-ya daxil olacağıq" deyəcəksiniz. Niyə? "Mənə hücum olarsa, Türkiyə kömək etsin". NATO-ya üzv olmağın mənası budur. Bu proses davam edərkən bir də barmağını gözümüzün içinə soxurmuş kimi terrorçu liderin fotosu divarlara proyeksiya olundu. Bu, necə bir anlayışdır? "Mən bildiyimi edərəm" deməkdir bu. Siz bildiyinizi etsəniz, biz də bildiyimizi edəcəyik", - Akar bildirib.