Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 23:42
50-dən çox erməni hərbçisi dövlətə xəyanətdə ittiham olunur.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"İllər ərzində ordunun şərəfinə sağlıqlar deyirdik; indi baş verənlər nədir? Ardıcıl cinayət işlərini nəzərdə tuturam. Belə çıxır ki, bizim üçün koordinatları tərtib edən şəxs Azərbaycan kəşfiyyatına işləyib və bizə yanlış koordinatlar verib", - Paşinyan bildirib.
Paşinyan 20 km əvəzinə, cəmi 10 km atan mərmilərin alınmasını da xəyanət kimi qiymətləndirib.