Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Prezidentinin Ofisi Selçuk Bayraktara təşəkkür edib - FOTO

Ukrayna Prezidentinin Ofisi Selçuk Bayraktara  təşəkkür edib - FOTO

Tarix: 28 Iyun 2022 08:09

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Selçuk və Haluk Bayraktara təşəkkür edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  Andrey Yermak bu barədə "Twitter"də bildirib.

"Hər bir ukraynalı üçün "Bayraktar" əyilməz Ukrayna xalqının qələbəsinin simvoluna çevriləcək bir əfsanədir.

3 ədəd Bayraktar TB2" PUA-nı Ukraynaya pulsuz təhvil vermək qərarına görə "BaykarTech"ə, Selçuk Bayraktara və Haluk Bayraktara minnətdarıq", - Yermak bildirib.

Öz növbəsində Ukrayna XİN də "BaykarTech"ə təşəkkür edib. Bu barədə məlumat Ukrayna XİN-in "Twitter" səhifəsində türk dilində yayılıb.

Milli.Az


Etiketlər:  Ukrayna Prezidentinin Ofisi Selçuk Bayraktara təşəkkür edib FOTO


RƏYLƏR