Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zorlanandan sonra daha çox içməyə və əylənməyə başladım''

''Zorlanandan sonra daha çox içməyə və əylənməyə başladım''

Tarix: 28 Iyun 2022 18:32

Amerikalı aktyor Alek Bolduinin 26 yaşlı qızı Ayrlend ilk dəfə yeniyetməlik illərində təcavüzə məruz qalmasından danışıb.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

O, ABŞ Ali Məhkəməsinin abort hüquqları ilə bağlı qərarını ləğv etmək qərarına qarşı çıxarkən yaşadığı təcrübədən danışıb. Ayrlend naməlum oğlanın ona təcavüz etdiyi zaman şənliklərdən birində huşsuz olduğunu bildirdi.

"Bu barədə heç kimə deməmişəm. Xəbərdar olan yeganə şəxs az sonra məni müalicə edən tibb bacısı idi. Nə sevgilim, nə də valideynlərimin, heç kimin bu hadisədən xəbəri yox idi", - o dedi. Ayrlendə görə, zorakılığa məruz qaldıqdan sonra o, "daha çox içməyə və əylənməyə başladı" və eyni zamanda bu hekayəni unutmağa çalışdı.

Aktyorun qızı həmin gecə hamilə qala biləcəyi üçün qadınların abort hüquqlarına diqqət çəkmək üçün bu hekayəni paylaşmağa qərar verdiyini vurğuladı: "Səni təhqir edən bir insanın uşağını ürəyinin altında gəzdirmək iyrənc, dəhşətli olardı. Daha pis nə ola biləcəyini təsəvvür edə bilmirəm".

Ayrlend etiraf edib ki, bir neçə il sonra "bədbəxt" münasibətdə olarkən hamiləliyini dayandırmalı olub və buna görə peşman deyil: "Abort etmək qərarına gəldim, çünki iki bir-birinə nifrət edən insanlardan doğulmağın necə olduğunu dəqiq bilirəm".

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Zorlanandan sonra daha çox içməyə əylənməyə başladım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ