Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2022 21:21
Hazırda NATO Rumıniya və Bolqarıstana 152 kalibr mərmilər istehsal etmək və onları Kiyevə göndərmək barədə göstəriş verib ki, Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin artilleriya qurğularına müqavimət göstərə bilsin.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu fikirləri "Rossiya 1" telekanalının efirində Rusiya Dövlət Dumasının deputatı, Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Andrey Qurulev bölüşüb.
"Moskva NATO-nun Ukraynaya verdiyi müasir silahlara diqqət yetirməlidir. Xüsusilə, uzaqmənzilli HİMARS raket sistemlərinə. İndi Rusiya tərəfi Ukrayna ərazisində bu silahların yerləşdiyi nöqtələri müəyyən edir", - general bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada strateji hərbi məqsədlər üçün taktiki nüvə silahı ilə zərbələr endirə bilər.
"Bu tamhüquqlu bir nüvə zərbəsi deyil, amma təsiri var. 4 kilotonluq 152-lik artilleriya mərmi nüvə avadanlığı təxminən 2 kvadrat kilometr ərazini yerlə-yeksan edir. Zərbə havadan, yəni qırıcıdan atılarsa, ətraf mühitə minimum zərər veriləcəkdir. Rusiyada isə taktiki nüvə silahının sayı 200-dən çoxdur və onların hamısı tam döyüş qabiliyyətindədir. Amerika kəşfiyyatı indi bildirir ki, Rusiyanın nüvə silahlarının hərəkətini izləyir. ABŞ 152 çaplı nüvə silahının hərəkətini heç vaxt izləyə bilməz", - deyə Qurulev bildirib.