Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2022 20:16
"Harper's Bazaar"in növbəti sayında amerikalı aktrisa Vaynona Rayderin müsahibəsi və fotosessiyası dərc olunub.
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, aktrisa karyerasına fasilə verdiyi vaxtı xatırlayıb. Bu məqamda qeyd edək ki, Rayder 2001-ci ildə Beverli Hillsdəki mağazalardan birindən oğurluq etdiyinə görə həbs olunub.
"Geri çəkildim. San-Fransiskoda idim. Yeni təkliflər almadım. Düşünürəm ki, bu, qarşılıqlı ayrılıq idi. Çətin vaxtlar idi. Hollivudda çox alçaqlıqlar vardı. Los-Ancelesə qayıtdığımı xatırlayıram... Çətin idi. Həyatımın bu hissəsinin bitdiyini bilmirdim" deyə, müsahibədə qeyd edilib.
Aktrisa bildirib ki, Hollivudun özünəməxsus, bəzən çox sərt qanunları var:
"Bu sənət çətindir. Davamlı işləyirsən, amma fasilə vermək istəsən, sənə deyirlər: "Əgər yavaşladınsa, hər şey dayanacaq". Sonra hər şey yavaşlayır və eşidirsən: "Qayıtmaq mümkün olmayacaq". Daha sonra bu, "Artıq səni heç soruşmurlar" kimi dəyişir. Bu qəddarlıqdır".
Rayder 1993-cü ildə aktyor Conni Deppdən ayrılmasını və həmin vaxtlarda Hollivudda qarşılaşdığı qəddarlıqların həyatını insanların düşündüyündən qat-qat qaranlığa çevirdiyini vurğulayıb. O, 1999-cu ildə həmkarı Ancelina Coli ilə birlikdə oynadığı psixi sağlamlıq mərkəzində olan gənc qadın haqqında filmə istinad edərək deyib:
"Yadımdadır, Çili həbsxanasında işgəncəyə məruz qalan qəhrəmanı canlandırdım (red. - söhbət 1994-cü ildə "Ruhlar evi" dramından gedir). Çəkiliş meydançasında üzümdəki saxta qançırlara və kəsiklərə baxdım və öz-özümə dedim: "Daxilimdə özümə belə edirəm". Çünki özümə diqqət yetirmirdim".