Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 09:38
Böyük Britaniyanın rəqəmsal, mədəniyyət, media və idman naziri Nadin Dorris transgender idmançıların qadın turnirlərindən uzaqlaşdırılmasına çağırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, beləliklə nazir transseksualların qadınlar arasında yarışlara buraxılması qaydalarını sərtləşdirən Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) siyasətini dəstəkləyib.
"Biz özümüzü elə göstərə bilmərik ki, cinsiyyət idmandakı performansa təsir etmir", - deyə Dorris bildirib. O, kişi doğulan transgenderlərin qadınların yarışlarında iştirakının digər idmançılara qarşı ədalətsizlik olduğunu vurğulayıb.
Nazir bütün idmançılar üçün ayrı bir həll yolu tapmağa çağırıb.