Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2022 20:02
Skuter sürən uşaqlardan qəzəblənən Kalininqrad şəhərinin sərxoş sakini yaşayış binasının həyətində atəş açıb.
Sonxeber.net bildirir ki, bu barədə regional Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Agentliyin yaydığı kadrlarda bir kişinin evin həyətində havaya iki atəş açdığı görünür.
Hadisənin şahidi olan uşaqlardan birinin anası polisə müraciət edib. Müşahidə kameralarının qeydləri öyrənildikdən sonra əvvəllər məhkum olunmuş 51 yaşlı yerli sakin saxlanılıb. Qəzəbli rusiyalının silah kimi aerozol tapançadan istifadə etdiyi müəyyən edilib.
Saxlanılan şəxsin mənzilinə baxış zamanı cinayət aləti ilə yanaşı, bir qutu barıt, həmçinin 22 səs və siqnal patronu aşkar edilib.
Müstəntiqlər faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi ("Silahdan istifadə etməklə xuliqanlıq") ilə iş açıb. Adamı 7 ilə qədər həbs cəzası gözləyir.
İrfan Vəliyev