Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 11:08
22 yaşlı israilli Emili Levi "Grey's Anatomy" serialına baxarkən özündə nadir bir xəstəlik olan Ehlers-Danlos sindromu aşkarlayıb.
Sonxeber.net bildirir ki, onun hekayəsini "New York Post qəzeti" dərc edib.
Levi 12 yaşından biləklərində və topuqlarında səbəbsiz ağrılardan əziyyət çəkirdi, sonradan buna çiyinlərində, ombalarında və çənəsində müntəzəm çıxıqlar əlavə olundu, lakin həkimlər diaqnoz qoya bilmədilər. Yalnız həkimlər haqqında "Grey's Anatomy" serialının 13-cü mövsümünün epizodlarından biri sayəsində qız oynaqların çox hərəkətli və dərinin çox elastik olduğu irsi xəstəlik olan Ehlers-Danlos sindromundan əziyyət çəkə biləcəyini başa düşüb.
Şounun qəhrəmanlarından biri kimi, Levi də kiçik bir dozada alkoqol qəbul etdikdən sonra əziyyət çəkirdi. Üstəlik qəhrəman, israilli qız kimi, çıxıqlardan əziyyət çəkirdi. 2019-cu ildə rəsmi olaraq etiraf edildi ki, Levi irsi xəstəlikdən əziyyət çəkir.
2020-ci ilin sentyabrında Levi avtomobil qəzası keçirdi, bundan sonra o, sürüşmə qabırğa sindromundan əziyyət çəkməyə başlayıb: yarım saatdan çox otursa, əşyaları götürsə, öskürsə, nəfəs alsa, qabırğası yerindən oynayırdı. Qız üç ay klinikada qalmalı olub.
Səhhətindəki problemlər Levini həkim kimi karyera qurmağa ruhlandırdı: 2022-ci ilin fevralında o, cərrah dostu ilə birlikdə İsraildə klinika açıb.
İrfan Vəliyev