Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2022 21:00
Kluj-Napokada (Rumıniya) bu gün başlayan cüdo üzrə Avropa Açıq Kubokunun ilk günündə 11 Azərbaycan idmançısı çıxış edir.
Rəşad Elkiyev 60 kq çəki dərəcəsində bürünc medal uğrunda döyüşdə Tibo Vollemana (Nideland) qalib gəlib.
Nazir Talıbov finalda Coşua Cilesdən (Böyük Britaniya) üstün olaraq qızıl medal qazanıb.
Elçin Hüseynov bürünc medal uğrunda görüşdə digər azərbaycanlı idmançı Ruslan Paşayevə uduzub. Bununla da Paşayev bürünc medalın sahibi olub.
73 kq çəki dərəcəsində Telman Vəliyev finala yüksəlib. Nəriman Mirzəyev isə bürünc uğrunda mübarizə aparmaq imkanı əldə edib.