Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək və böyrəklərin sağlamlığı üçün hər gün 1 bişmiş kartof

Ürək və böyrəklərin sağlamlığı üçün hər gün 1 bişmiş kartof

Tarix: 3 Iyul 2022 20:45

Kartof bütün dünyada ən çox yeyilən tərəvəzlərdən biridir. Dadlı və doyumlu kartof həmçinin çox faydalı məhsuldur.

Saglamolun.az bildirir ki, kartof bir çox vitamin, minerallar, liflər, nişasta və s. faydalı maddələrlə zəngindir.

Kartofun tərkibində kalium çoxdur. Bu mikroelement böyrəklər və ürəyin sağlamlığında xüsusilə böyük rol oynayır. Kalium orqanizmdən artıq mayeni xaric edir və bununla da ürək və böyrəklərə düşən yükləmə  azalır, onların fəaliyyəti yaxşılaşır, təzyiq normallaşır. Bütün bunlar, təbii ki, böyrək və ürəyin sağlamlığına çox müsbət təsir edir.

Həkimlər ürək və böyrəklərin sağlamlığını qorumaq üçün hər gün 1 ədəd qabıqda bişirilmiş kartof yeməyi tövsiyə edirlər. Kartofu az suda, sobada (yağsız!) və ya buğda bişirin və yeyin (duz vurmaq lazım deyil).


Etiketlər:  Ürək böyrəklərin sağlamlığı üçün hər gün bişmiş kartof


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ