Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ukraynanın orada heç bir üstünlüyü yoxdur" - Zelenski

Tarix: 4 Iyul 2022 07:28

"Qərb silahlarının sürətləndirilmiş tədarükü Ukraynaya Lisiçansk şəhərinə hücum etmək və Luqansk vilayətinin ərazisi uğrunda döyüşmək imkanı verəcək".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

"Bu gün biz dəqiq deyə bilmərik ki, Lisiçansk Rusiyanın nəzarəti altındadır, Lisiçansk yaxınlığında döyüşlər gedir. Və bizim vəzifəmiz atəş üstünlüyünə sahib olmaqdır. Bu gün düşünürəm ki, Silahlı Qüvvələrimiz əlindən gələni edir. Silah tədarükünün sürətləndirilməsi atəş üstünlüyü əldə etməyə imkan verəcək və bundan sonra biz bu sahəyə daha çox təzyiq göstərəcəyik", - deyə Zelenski bildirib.

O qeyd edib ki, Lisiçanskda vəziyyət həqiqətən də ən çətin, ən təhlükəlidir və onun fikrincə, Ukraynanın orada heç bir üstünlüyü yoxdur.

Milli.Az


Etiketlər:  Ukraynanın orada heç bir üstünlüyü yoxdur Zelenski


RƏYLƏR