Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya ordusu hücumu bərpa etmək üçün yenidən qruplaşır'' - Ukrayna Baş Qərargahı

''Rusiya ordusu hücumu bərpa etmək üçün yenidən qruplaşır'' - Ukrayna Baş Qərargahı

Tarix: 4 Iyul 2022 09:38

"Volın, Polis və Severski istiqamətlərində ciddi dəyişiklik olmayıb. Qarşı tərəf qoşunlarımızın hərəkətlərinin qarşısını almaq məqsədilə Xarkov istiqamətində cəmləşir".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

"Müdafiə Qüvvələrinin idarəetmə və rabitə sistemini pozmaq üçün düşmən radioelektron döyüş komplekslərindən fəal şəkildə istifadə edir. Slavyansk istiqamətində Rusiya Silahlı Qüvvələri hücum hərəkətləri ilə Boqorodiçne, Mazanivka və Dolina yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirməyə çalışır. Döyüşlər davam edir. Rusiya ordusu hücumu bərpa etmək üçün qoşunlarını yenidən qruplaşdırır. Artilleriyanın dəstəyi ilə düşmən Vasilivka, Berestov, Şpirne, Klinove, Mayorsk yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları aparır, lakin nəticəsiz qalır", - məlumatda bildirilib.

İnformasiyaya görə, Rusiya ordusu Novovoskresenski ərazisindəki mövqelərin mühəndis texnikasını təkmilləşdirir:

"Qoşunların maddi-texniki təminatı ilə bağlı olaraq müvəqqəti işğal olunmuş Krımdan "Kalançak" dəmir yolu stansiyasına döyüş sursatı olan 17 vaqon köçürülüb. Qara dənizdə "Kalibr" tipli üç qanadlı raket hazır vəziyyətdədir".


Etiketlər:  Rusiya ordusu hücumu bərpa etmək üçün yenidən qruplaşır Ukrayna Baş Qərargahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ