Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 12:08
"Emirates" aviaşirkətinə məxsus təyyarə gövdəsində dəlik olmasına baxmayaraq 14 saatlıq uğurlu uçuş həyata keçirib.
Sonxeber.net bildirir ki, bu barədə The Independent xəbər verir.
Hadisənin Dubaydan Avstraliyanın Brisben şəhərinə gedən laynerdə baş verdiyi bildirilir. Sərnişinlərin dediyinə görə, havaya qalxdıqdan az sonra yüksək səs eşidiblər. Daha sonra stüardessalar təyyarədə xidməti müvəqqəti dayandırıblar, ekipaj üzvləri isə qanadların və mühərriklərin işini yoxlayıblar. Bundan sonra təyyarə normal uçuşunu davam etdirib.
Aviaşirkət təyyarənin uğurla eniş etdiyini və göyərtəsində olanların xəsarət almadığını bildirib. Eyni zamanda, bir neçə sərnişin artıq layneri tərk edərkən gövdədə dəliyin olduğunu görüblər. Hadisəni "Emirates" nümayəndələri şərh ediblər.
İrfan Vəliyev