Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda erkən nikahlar hansı bölgələrdədir? - SİYAHI

Azərbaycanda erkən nikahlar hansı bölgələrdədir? - SİYAHI

Tarix: 5 Iyul 2022 14:08

"Övladlarının erkən nikahına göz yuman valideynləri 4 il həbs və 4 min manat cərimə gözləyir".

Milli.Az xəbər verir ki, bu sözləri bizim.media-ya mövzu ilə bağlı verdiyi açıqlamada Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu söyləyib.

Mətbuat katibinin sözlərinə görə, komitəyə bu məsələ ilə əlaqədar əsasən  xanımlarla bağlı müraciətlər daxil olur.

"Ümumi statistikaya baxsaq, son illərdə Azərbaycanda erkən nikahların azaldığının şahidi olarıq. Lakin bu mövzuda müraciətlər əvvəlcə əsasən cənub regionlarından gəlirdisə, indi Bakının özündən də komitəyə bu kimi müraciətlər daxil olur".

Komitənin mətbuat katibinin sözlərinə görə, Azərbaycan da daxil olmaqla dünya ölkələrinin 90 faizindən çoxunda qadınlar və kişilər üçün nikah yaşı məhz 18-dir.

"Bu baxımdan dünya statistikasında gənc və yeniyetmələr üçün hesablanan nikah statistikası 2 qrupa bölünür. Birinci qrupa valideyn nəzarətində qurulan nikahlar, ikinci qrupa isə valideyn nəzarəti olmadan qurulan nikahlar aiddir. Hazırda hər iki kateqoriya üzrə yaş göstəricisi 18-dir. Lakin ümumi statistikada valideyn nəzarəti olmadan evlənən gənclərin yaş kateqoriyası adətən digərindən bir-iki yaş yüksək olub".

Mətbuat katibi onu da qeyd edib ki, komitə yalnız erkən nikahla bağlı məlumatlandırmaq, tərbiyə və tövsiyə xarakterli görüşlər keçirmək, həmçinin problemin daha çox yayıldığı bölgələrdə seminarlar keçirmək hüququna malikdir.

"Azərbaycanda erkən nikahlarla birbaşa olaraq icra hakimiyyətləri məşğul olur. İcra hakimiyyətinin nəzdində "Yetkinlik yaşına çatmayanlar üzrə komissiya" var. Erkən nigahla bağlı müraciət gəldiyi zaman komissiya problemi yerindəcə araşdırıb bununla bağlı hüquq mühafizə orqanlarına məlumat verməlidir. Qeyd edək ki, yetkinlik yaşına çatmayan övladları məcburi evləndirməklə bağlı qanuna görə 4 il həbs və 4 mindən çox cərimə nəzərdə tutulub".

Mətbuat katibinin sözlərinə görə, son illərdə ölkəmizdə erkən nikahlarla bağlı mövcud siyahıdan kənaraçıxmalar da müşahidə olunmaqdadır.

"Adətən mövzu ilə bağlı statistik göstərici əsas götürülür, amma istənilən halda kənaraçıxmalar ola bilər. Misal üçün deyə bilərəm ki, erkən nikahlarla bağlı mövcud siyahıda Goranboyun adı yoxdur, amma bu yaxınlarda bizə daxil olan müraciət əsasında Goranboyda eyni gündə iki erkən nikahın qarşısı alındı.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumatda  Azərbaycanda erkən nikahlarla bağlı bölgələr üzrə sıralamanı təqdim edirik:

Gəncə

Şəmkir

Ağcabədi

Ağdaş

Saatlı 

Lerik

Şamaxı

Quba

Bakı və Bakı ətrafı kəndlər

Milli.Az


Etiketlər:  Azərbaycanda erkən nikahlar hansı bölgələrdədir SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ