Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Tarix: 5 Iyul 2022 16:12

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Komitə sədri Fuad Muradov və əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət Komitəsinin əməkdaşları və Bakıda səfərdə olan diaspor fəalları ulu öndərin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb. 5 iyul 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.


Etiketlər:  Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ