Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhbuslar qarşısında çıxış etdikdən sonra yoxa çıxdı

Məhbuslar qarşısında çıxış etdikdən sonra yoxa çıxdı

Tarix: 6 Iyul 2022 13:52

Qvatemalada Çispita təxəllüsü ilə tanınan 29 yaşlı Xoselin Şakon Lobo və onun kloun kimi işləyən əri Nelson Viyatoro ölü tapılıb.

Sonxeber.net bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

Cütlük Eskuintla həbsxanasında məhbuslar qarşısında çıxış etdikrən sonra yoxa çıxıb. İddiaya görə, kloun ailəsi kriminal dəstə üzvləri tərəfindən qaçırılaraq öldürülüb.

Xoselinin anası 52 gün qızını axtarıb. Ölmüş klounlar Villa Nueva şəhərindəki evdə tapılıb. Qətl yerindən kloun ayaqqabıları və qrim tapılıb.

Xoselin Şakon Lobonun dəfn mərasimi Amatitlan şəhərində keçirilib. Rəngli kağızla örtülmüş, qadınların dostları və qohumlarının mesaj yazdıqları tabutu onun klounu yoldaşları aparıblar.

Qətldə şübhəli bilinən şəxslərin tutulması barədə məlumat verilməyib.

İrfan Vəliyev


Etiketlər:  Məhbuslar qarşısında çıxış etdikdən sonra yoxa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ