Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göbək düşməsi nədir?

Göbək düşməsi nədir?

Tarix: 7 Iyul 2022 04:03

Göbək düşməsi bir çox insanın başına gələ biləcək haldır.

Ciddiyə alınmalı olan xəstəlikdir. Edilən yanlış müalicələr ciddi və qalıcı problemlərə səbəb ola bilər.

Göbək düşməsinin əlamətləri:

Göbək ətrafında ağrı

Göbəkdə və çevrəsində şişlik, həssaslıq

Halsızlıq, yorğunluq

Qarın nahiyyəsində qaz

Yuxusuzluq

Tənbəllik

Yeməkdən sonra şişkinlik, bulantı, tərləmə

Baş ağrısı

Diqqət əksikliyi

Qarın ağrısı

Qızdırma

Bəs göbək düşməsi nədən olur?

Ən çox bilinən səbəbi ağır əşya qaldırmaqdır. Həmçinin ani hərəkət də göbək düşməsi yarada bilər. Bu hal, qarın içi təzyiqinin müxtəlif səbəblərdən ötrü artması və qarında deşiklərin yaranmasıdır. Bu problemlər ağır iş görənlərdə, kilolu insanlarda meydana çıxa bilər.

Bəs müalicəsi necə aparılır?

İlk zamanlar göbəkdə meydana gələn şişlik itsə də, zamanla göbək çevrəsi genişlənir və şişliklər qalıcı hala gələ bilər. Bəzi vəziyyətdə isə daxildə çürümə gedə bilər. O zaman cərrahi müdaxiləyə ehtiyac yaranır. Müalicəsinə gəldikdə isə bir çox üsullardan istifadə olunur. Bu üsullardan ən çox tətbiq olunanı stəkan çəkmədir. Pambığın üzərinə bir su stəkanı göbək dəliyini bağlayacaq şəkildə qoyulur. Stəkanın içərisində pambıq bölgədə qan dövranını artırır və göbəyin yerinə gəlməyini təmin edir.

Həkimlər isə müəyyən dərman müalicələrini daha uyğun hesab edir. Təsdiqini tapmayan el üsulları tövsiyə edilmir.


Etiketlər:  Göbək düşməsi nədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ