Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan gələn qaçqın qadına görə ailəsini, uşaqlarını atdı

Ukraynadan gələn qaçqın qadına görə ailəsini, uşaqlarını atdı

Tarix: 7 Iyul 2022 13:08

Sevgilisini və övladlarını Ukraynadan gələn qaçqın qadına görə atan Böyük Britaniya sakini qadının az qala kor olmasından sonra ona qulluq edir.

Milli.Az bildirir ki, bu barədə Daily Mirror məlumat yayıb.

May ayında Lvovdan Böyük Britaniyaya gələn 22 yaşlı Sofiya Karkadım gözündən əməliyyat olunub və hazırda praktiki olaraq kordur. Ukraynalı qadına sığınacaq verən 29 yaşlı Toni Qarnettin dediyi kimi, onun yeni sevgilisinə görmə qabiliyyətini bərpa etmək üçün təxminən altı ay vaxt lazım olacaq. Qadın Almaniyadan Britaniyaya gedərkən göz infeksiyasına tutulub.

Sofiya gəldikdən 10 gün sonra kişi ailəsini tərk edib. "Yaşatdığımız ağrıya görə üzr istəyirik, lakin mən Sofiya ilə əvvəllər heç vaxt yaşamadığım bir əlaqə kəşf etdim. Həyatımızın qalan hissəsini birlikdə keçirməyi planlaşdırırıq", - deyə britaniyalı öz hərəkətini izah edib.

Ukraynalı qadın dərhal ingilislərin hücum obyektinə çevrilib. "İnsanlar onu Britaniyaya gəlib yerli sakini oğurlayan qadın kimi təsvir edirlər. Bu tam cəfəngiyyatdır. Birgə qərar verdik", - deyə kişi cavab verir. O, iddia edir ki, keçmiş partnyoru ilə münasibətləri çoxdan pis olub və ayrılmaq an məsələsi idi.

Cütlük hazırda Qərbi Yorkşirin Bradford şəhərində yaşayır və göz əməliyyatı çox pula başa gəldiyi üçün maddi çətinliklər yaşayırlar. Qarnett tezliklə öz biznesini açmaq niyyətində olduğunu deyir. O, keçmiş sevgilisinin ona uşaqları ilə görüşməyi qadağan etdiyini də etiraf edir.

Bundan əvvəl Sofya Karkadım deyib ki, sevgililəri o ayırmayıb. O, Qarretin münasibətlərinin onun gəlişindən xeyli əvvəl pozulduğunu deyib və kişinin keçmiş sevgilisini ikiüzlülükdə ittiham edib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Ukraynadan gələn qaçqın qadına görə ailəsini uşaqlarını atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ