Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 17:38
Hökumət evində yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmış şəkildə həyata keçirilməsi üçün Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb. Əməkdaşlarımız yeni yaradılan mərkəzə baş çəkib.
Sonxeber.net Xəzər xəbər-ə istinadən xəbər verir ki, dövlət qurumlarının qəbuluna düşmək üçün mərtəbə-mərtəbə gəzməyə və gözləməyə ehtiyac qalmayacaq.
Söhbət Hökümət evində yeni fəaliyyətə başlayan Vətəndaşların Qəbulu Mərkəzindən gedir. Vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan bu Mərkəz əhalinin işini daha da asanlaşdıracaq.
Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır. Qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərəcək.
Mərkəzdə həmçinin vətəndaşlara xidmət üçün müasir şərait yaradılıb.
Burada yeni avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, "Ana və uşaq otağı", həkim və psixoloq fəaliyyət göstərir.