Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2022 13:46
Sosial şəbəkə istifadəçiləri Çin brendinin əriməyən dondurmalarına təəccüblənib. Məlum olub ki, hətta od da dondurmanın öhdəsindən gələ bilmir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, görüntülərin yayılmasından sonra Çin dondurma markası insanlar tərəfindən tənqid edilib.
İstifadəçilər dondurmaya hansı kimyəvi maddələrin əlavə olunduğunu öyrənmək istəyiblər.
Şirkət isə öz növbəsində bildirib ki, onların məhsulları hərtərəfli sınaqdan keçirilir və milli qida təhlükəsizliyi standartlarına uyğundur.