Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın ağcaqanad sancmasından sonra ölüb

Qadın ağcaqanad sancmasından sonra ölüb

Tarix: 8 Iyul 2022 15:08

Pilot olmağı planlaşdıran Oriana Pepper adlı britaniyalı qadın imtahan vermək üçün Belçikaya gedib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, burada onu sağ gözünün altından ağcaqanad sancıb. Nəticədə qadının üzü olduqca şişib və o, kömək üçün xəstəxanaya müraciət edib, ona antibiotik kursu təyin olunub.

Lakin bir neçə gündən sonra qadın huşunu itirib və yenidən ağır vəziyyətdə klinikaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Yarılma zamanı məlum olub ki, Pepper septik emboliya nəticəsində ölüb.

"İnfeksiya Oriananın bədəninə həşərat sancması zaman daxil olub", - deyə məlumatda bildirilib.

Milli.Az


Etiketlər:  Qadın ağcaqanad sancmasından sonra ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ