Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayramda rayonlara getmək istəyənlər, DİQQƏT! - VİDEO

Bayramda rayonlara getmək istəyənlər, DİQQƏT! - VİDEO

Tarix: 8 Iyul 2022 16:02

Qurban bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində hazırlıq işləri yekunlaşmaq üzrədir. Avtovağzal gücləndirilimiş iş rejimi üçün hazır vəziyyətə gətirilir. Məqsəd sərnişinlərin maneəsiz mənzil başına çatdırmaq və yarana biləcək sıxlığın qarşısını almaqdır. 

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalında canlanma müşahidə edilir. Qurban Bayramını yaxınları ilə qeyd etmək istəyən şəxslər artıq avtovağzala üz tutmağa başlayıblar.

Bakı Beynəlxalq Avtovağzal kompleksinin mətbuat katibi Samir Səfərov "Xəzər Xəbər"ə bildirdi ki, bayramla əlaqədar 40-dan çox istiqamət üzrə xəttə çıxan avtobusların sayı artırılacaq.

Mətbuat katibi nasaz avtobuslarla bağlı tədbir görüləcəyini bildirdi. Samir Səfərov avtovağzalda kassaların sayının artırılıb-artırılmayacağına da aydınlıq gətirdi

Rayona gedəcək vətəndaşlara biletləri əvvəlcədən almaq tövsiyə olunur. 

Milli.Az


Etiketlər:  Bayramda rayonlara getmək istəyənlər DİQQƏT VİDEO


RƏYLƏR